Reklam
Reklam

Tarix terminləri lüğəti

qroş

pol. grosz, alm. groschen < lat. denarius grossus – ağır sikkə

Müxtəlif dövrlərdə Avropa ölkələrində dövriyyədə olmuş sikkə.

O, XII əsrdə İtaliyada, XIII–XIV əsrlərdə Avropanın bir sıra digər ölkələrində kəsilməyə başlanıb. Öncə Q. iri gümüş sikkə olub. Lakin XIV–XV əsrlərdə Q.-un tərkibindəki metalın çəkisi və keyfiyyəti azaldığından o, xırda pula çevrilib. Rusiyada bu sikkə XVII əsrdə dövriyyəyə girib və ilk vaxtlar 2 qəpiyə, XIX əsrdə isə yarım qəpiyə bərabər olub. 2016-cı ildə Q. artıq yalnız Polşada xırda pul vahidi kimi (zlotanın 1/100-i qədər) işlənib.

Tarix terminləri lüğəti