Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

qrotesk

fr. grotesqueəcaib, komik; ital. grottesco – əcaib, grotta – mağara

1. İn­cəsənətdə, ədəbi əsər və publisistik ­ya­­zılarda insanları və onların mü­na­si­bət­lərini, əşyaları eybəcər-komik, fantastik dərəcədə şişirdilmiş formada təsvir edən bədii ob­raz­lılıq üsulu. 

2. Qarışıq insan, ­heyvan, bitki, əşya fiqurlarından ibarət dekorativ sənət növü, ornament. □ Bu or­na­mentə ilk dəfə Qədim Roma binalarının qalıqlarında apa­rılan arxeoloji tədqiqatlar zamanı mağaranı xatırladan yeraltı tiki­lilərin divarlarında rast gəlinib. Q. sözü buradan yaranıb. 

3. Ucları kəsik mətbəə şrifti.  

Jurnalistika terminləri lüğəti