fr. grotesque – əcaib, komik; ital. grottesco – əcaib, grotta – mağara
1. İncəsənətdə, ədəbi əsər və publisistik yazılarda insanları və onların münasibətlərini, əşyaları eybəcər-komik, fantastik dərəcədə şişirdilmiş formada təsvir edən bədii obrazlılıq üsulu.
2. Qarışıq insan, heyvan, bitki, əşya fiqurlarından ibarət dekorativ sənət növü, ornament. □ Bu ornamentə ilk dəfə Qədim Roma binalarının qalıqlarında aparılan arxeoloji tədqiqatlar zamanı mağaranı xatırladan yeraltı tikililərin divarlarında rast gəlinib. Q. sözü buradan yaranıb.
3. Ucları kəsik mətbəə şrifti.
Jurnalistika terminləri lüğəti