Reklam
Reklam

Tarix terminləri lüğəti

qulamlar

ər. – oğlan, qul

1. Orta əsrlərdə bir sıra müsəlman ölkələrində qullar.

2. Abbasilər xilafətində xəlifə Məmun (813–833) dövründə yaradılmış daimi süvari qvardiya.

Bu qvardiya xaricdən satın alınmış, başlıca olaraq türk mənşəli gənc qullardan ibarət olub. Bəzi orta əsr müsəlman dövlətlərində saray qvardiyasının əsgərləri də Q. (yaxud məmlüklər) adlandırılıb.

3. Orta əsrlərdə Osmanlı dövlətində qeyri-nizami feodal qoşununun sıravi əsgərləri.

4. Dehli sultanlığında türk mənşəli hökmdarlar.

Q. 1206–1290-cı illərdə hakimiyyətdə olublar.

Tarix terminləri lüğəti