Reklam
Reklam

Tarix terminləri lüğəti

quru

sanskr. – möhtərəm, böyük, müəllim, usta

Hinduizmbuddizmdə dini rəhbər, müəllim; Pəncabda (Hindistan) siqhlərin dini icmasının rəhbəri.

İlk Q. siqhizm dininin banisi Nanak (1469–1538/1539) olub. XVI əsrin ortalarından Q. artıq irsi vəzifəyə çevrilib. XVII əsrdən isə Q.-lar iri torpaq sahələrinə malik, siqh sektasının üzvlərindən vergi toplayan dünyəvi hakimlər olublar. Sayca 10-cu və sonuncu Q. Qovind Sinqx (1674–1708) siqh icmasının daxilində bir sıra ciddi islahatlar keçirib, o cümlədən Q.-nun irsi hakimiyyətini ləğv edib.

Tarix terminləri lüğəti