Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

rezonans

lat. resonare – əks-səda vermək, səsi təkrarlamaq

1. Xarici periodik qüv­vənin təsiri ilə daxili rəqs tezliyinin üst-üstə düşməsi nəticəsində obyektin titrəyiş ­amplitudasının kəskin artması.

Akustik sistemlərin yaradılması və qurulması ­za­­­manı bu effekt nəzərə alınır. Çox zəif səs ­R. vasitəsilə gücləndirilə bilər. Radio və televiziya yayımında R. mühüm rol oy­nayır: ­radioya qulaq asa bilmək üçün ötürücü stansiya ilə qəbuledici qurğunun tezlikləri üst-üstə düşməlidir.

2. Qapalı məkanda sə­sin əks-səda yaradaraq yük­səlmək xassəsi.

3. Bir məsələyə kəskin surətdə artmış ictimai maraq; jurnalist materialına, hər hansı əsərə ictimaiyyətin geniş reaksiyası.

Belə reaksiyaya nail olmadan jurnalistika cə­miyyətdə öz ictimai funksiyalarını yerinə yetirə bilməz.

Jurnalistika terminləri lüğəti