lat. resonare – əks-səda vermək, səsi təkrarlamaq
1. Xarici periodik qüvvənin təsiri ilə daxili rəqs tezliyinin üst-üstə düşməsi nəticəsində obyektin titrəyiş amplitudasının kəskin artması.
Akustik sistemlərin yaradılması və qurulması zamanı bu effekt nəzərə alınır. Çox zəif səs R. vasitəsilə gücləndirilə bilər. Radio və televiziya yayımında R. mühüm rol oynayır: radioya qulaq asa bilmək üçün ötürücü stansiya ilə qəbuledici qurğunun tezlikləri üst-üstə düşməlidir.
2. Qapalı məkanda səsin əks-səda yaradaraq yüksəlmək xassəsi.
3. Bir məsələyə kəskin surətdə artmış ictimai maraq; jurnalist materialına, hər hansı əsərə ictimaiyyətin geniş reaksiyası.
Belə reaksiyaya nail olmadan jurnalistika cəmiyyətdə öz ictimai funksiyalarını yerinə yetirə bilməz.
Jurnalistika terminləri lüğəti