Neolit dövründən dünyanın bir sıra xalqları arasında geniş yayılmış atma silah növü.
Uzun dəri qayış və ya hörülmüş ip formasında olan S.-ın bir ucunda ələ keçirmək üçün ilgək olub. Daş qoymaq üçün mərkəzi hissəsi qollarına nisbətən enli toxunur. Bir qolun ucundakı ilgəyi barmağa keçirir və ikinci qolun da ucunu eyni əldə saxlamaqla arasına daş qoyurlar. Sonra S.-ı dairəvi şəkildə fırladıb ilgəksiz qolu buraxmaqla daşı müəyyən məsafəyə atırlar.
Tarix terminləri lüğəti