rus. şar – kürə
Rusiyanın Avropa hissəsinin şimalında materiklə ada və ya adalar arasında boğazlara, bəzən çay qollarına verilən ad.
Məsələn, Novaya Zemlya adaları arasında yerləşən Matoçkin Ş. Rusiyanın coğrafi və etimoloji lüğətlərində terminin mənşəyi barədə məlumat verilmir. Lakin elmi ədəbiyyatda onun Skandinaviya dillərində “dənizdə qaya, kiçik ada, girintili-çıxıntılı ada sahili” mənasında işlədilən “şar” (Skar, Skaer, Skjaer) sözündən götürüldüyü ehtimalı irəli sürülür.
Coğrafiya terminləri lüğəti