Reklam
Reklam

Tarix terminləri lüğəti

satyaqraxa

sanskr. satyāgraha – “həqiqətə can atma”, “həqiqətin gücü”

XX əsrin I yarısında Hindistanda ingilis müstəmləkəçiliyinə qarşı qeyri-zorakı mübarizə taktikası.

Yalnız dinc mübarizə metodlarını nəzərdə tutan S. XX əsrin əvvəlində M.Qandi tərəfindən işlənib hazırlanıb və Hindistanın müstəqilliyi uğrunda mübarizədə geniş istifadə edilib. S., əsasən, vətəndaş itaətkarsızlığı və müstəmləkəçilər, eləcə də onların yerli əlaltıları ilə əməkdaşlıqdan imtina formasında tətbiq olunub.

Həmçinin bax:

Tarix terminləri lüğəti