Dar boğazı, silindrik gövdəsi, yastı oturacağı olan su qabı.
S.-in qulpu şaquli vəziyyətdə bir tərəfdən qabın ağzına, digər tərəfdən isə gövdəsinə bərkidilir. Onun boğaz və qismən gövdə hissəsi sadə naxışlanır. S., əsasən, misdən (nadir hallarda gildən) düzəldilir. Belə su qabları Şərq və Qafqaz xalqlarının məişətində geniş yayılıb.
Tarix terminləri lüğəti