lat. secretio – ayrılma
Süxur boşluqlarının tərkibcə həmin süxurlardan fərqlənən kristallik və ya kolloidal mineral maddələrlə dolması nəticəsində əmələ gələn dəyirmi və ya izometrik mineral aqreqatları.
Konkresiyalardan fərqli olaraq S.-da mineral maddələr kənarlardan (boşluğun divarlarından) mərkəzə doğru ardıcıl konsentrik təbəqələrlə çökür. Boşluqlar tam və ya qismən dolmuş olur. Kiçik (diametri 10 mm-dək) və böyük ölçülü olur. S.-ın əmələ gəlməsi, adətən, hipergen və hidrotermal proseslərlə əlaqədardır.
Coğrafiya terminləri lüğəti