ital. sestina < lat. sex – altı
Trubadur poeziyasında altı bənddən ibarət altımisralıq mənzum əsər.
S.-nın qafiyə quruluşu çox mürəkkəbdir. Birinci bənddəki qafiyəli sözlər sonrakı bəndlərdə fərqli ardıcıllıqla təkrar olunur. Güman edilir ki, S.-nın yaradıcısı trubadur şair Arnaut Daniel olub. Dante “İlahi komediya”sında Danieli yüksək qiymətləndirmiş və S.-dan geniş istifadə etmişdir. S. janrına rus şairləri Mey, Bryusov, Kuzmin də müraciət etmişlər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti