lat. seminarium – hərfi mənada: şitillik, məcazi mənada: məktəb
1. Xristianlıqda orta dini təhsil verən ruhani məktəbi.
2. Bir sıra Avropa ölkələrində ibtidai məktəb müəllimləri hazırlayan xüsusi orta təhsil müəssisəsi.
İlk belə S.-lar XVII əsrdə Fransa və Almaniyada yaranıb, sonra isə digər ölkələrə, o cümlədən Rusiyaya yayılıb. XIX əsrin sonu – XX əsrin əvvəlində Azərbaycan müəllimlərinin çoxu Qori S.-sında təhsil alıb. Azərbaycanda ilk S. 1918-ci ildə Qazaxda yaradılıb.
Tarix terminləri lüğəti