Reklam
Reklam

Tarix terminləri lüğəti

sənusilik

Müsəlman dini-siyasi hərəkatı, təriqət.

Təriqətə onun əsasını qoymuş Məhəmməd ibn Əli əs-Sənusinin (1787/1791–1859) adı verilib. S. 1837-ci ildə Məkkədə yaranıb, 1843-cü ildən əsas mərkəzi Liviyanın Kirenaika əyaləti olub. İslamın ilkin “paklığının” bərpasına çağıran S. təlimi teokratik dövlət idarəçiliyi və müsəlmanların qeyri-müsəlmanlarla ünsiyyətinin minimuma endirilməsi tərəfdarı olub. Bu təlim islamın hakim din olmadığı ərazilərdə yaşayan müsəlmanlara elə ilk imkanda oranı tərk etməyi məsləhət görür. Sənusilər XIX əsrin sonu – XX əsrin əvvəlində Mərkəzi Afrika və Əlcəzairdə fransız müstəmləkəçilərinə qarşı mübarizə aparıblar, 1911–1931-ci illərdə Liviya ərəblərinin italyanlara qarşı milli azadlıq mübarizəsinə başçılıq ediblər. 1951–1969-cu illərdə S. təriqətinin başçısı Məhəmməd İdris (əs-Sənusinin nəvəsi) Liviyanın kralı olub. Təriqətin Liviya, Əlcəzair, Niger, Çad, Kamerun, Sudan və başqa ölkələrdə çoxsaylı tərəfdarları var.

Tarix terminləri lüğəti