Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şəxssiz feil

-ıl4, -ın4 şəkilçilərinin köməyi ilə düzələn, ifadə etdiyi hərəkətin subyekti təsəvvür edilməyən feil.

Şəxssiz feil həmişə III şəxsin təkində olur; məs.: Keçilmiş yola nəzər salındı. Bizdə qonağa hörmətsizlik edilməz. Feilin şəxssiz forması dilimizdə daha çox rəsmi-işgüzar üslubda işlənir. Ümumilikdə dilimizdə şəxssiz feillərin sayı o qədər də çox deyil. Daha çox işlətdiyimiz şəxssiz feillər bunlardır: yana­şılmaq, diqqət yetirilmək, təsadüf edilmək (olunmaq), rast gəlinmək, toxunulmaq, məhəl qoyulmaq, imkan verilmək, hörmət edilmək, əhəmiyyət verilmək, nəzər salınmaq, kömək edilmək, söz verilmək, inanılmaq, qulaq asılmaq, istifadə edil­mək (olunmaq), xidmət edilmək (göstərilmək), icazə verilmək və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti