-ıl4, -ın4 şəkilçilərinin köməyi ilə düzələn, ifadə etdiyi hərəkətin subyekti təsəvvür edilməyən feil.
Şəxssiz feil həmişə III şəxsin təkində olur; məs.: Keçilmiş yola nəzər salındı. Bizdə qonağa hörmətsizlik edilməz. Feilin şəxssiz forması dilimizdə daha çox rəsmi-işgüzar üslubda işlənir. Ümumilikdə dilimizdə şəxssiz feillərin sayı o qədər də çox deyil. Daha çox işlətdiyimiz şəxssiz feillər bunlardır: yanaşılmaq, diqqət yetirilmək, təsadüf edilmək (olunmaq), rast gəlinmək, toxunulmaq, məhəl qoyulmaq, imkan verilmək, hörmət edilmək, əhəmiyyət verilmək, nəzər salınmaq, kömək edilmək, söz verilmək, inanılmaq, qulaq asılmaq, istifadə edilmək (olunmaq), xidmət edilmək (göstərilmək), icazə verilmək və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti