Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şirə1 [şirə] isim fars

1. Toxumalarda, hüceyrələrdə, bitki və heyvan orqanizmi boşluqlarında olan duru maddə, maye. Mədə şirəsi.
2. Bitkilərdən, çiçəklərdən sızan şirin maye. Şirə yığmaqda idi bal arısı zəhmət ilə; Qaraquş gördü onu, söylədi çox nifrət ilə. (A.Səhhət).
3. Meyvə suyu. Üzüm şirəsi. Çiyələk şirəsi.
4. Məcazi mənada: bir şeyin məğzi, cövhəri. □ ...Burada oturanlar müsəlman ruhunun şirəsidir. (M.S.Ordubadi).
5. Sulu gübrə. □ Şamama sahəsinə peyin şirəsi də vermişdi. (Ə.Əbülhəsən).
6. Yaşlıq, rütubət. □ Torpağın şirəsi.

şirə2 [şirə] isim

Xüsusi gil növü və divarlara çəkmək üçün ondan hazırlanan məhlul. □ Şirə ilə evi ağartmaq. Eyvana şirə çəkmək.

Həmçinin bax:

frazeologizm: ağzında şirə qalmaq frazeologizm: dişində şirə qalmaq frazeologizm: öz şirəsində qaynamaq frazeologizm: şirə çəkmək Azərbaycan dilinin izahlı lüğəti