1. Toxumalarda, hüceyrələrdə, bitki və heyvan orqanizmi boşluqlarında olan duru maddə, maye. □ Mədə şirəsi.
2. Bitkilərdən, çiçəklərdən sızan şirin maye. □ Şirə yığmaqda idi bal arısı zəhmət ilə; Qaraquş gördü onu, söylədi çox nifrət ilə. (A.Səhhət).
3. Meyvə suyu. □ Üzüm şirəsi. Çiyələk şirəsi.
4. Məcazi mənada: bir şeyin məğzi, cövhəri. □ ...Burada oturanlar müsəlman ruhunun şirəsidir. (M.S.Ordubadi).
5. Sulu gübrə. □ Şamama sahəsinə peyin şirəsi də vermişdi. (Ə.Əbülhəsən).
6. Yaşlıq, rütubət. □ Torpağın şirəsi.
Xüsusi gil növü və divarlara çəkmək üçün ondan hazırlanan məhlul. □ Şirə ilə evi ağartmaq. Eyvana şirə çəkmək.
See also: