lat. ipomoea batatas
Sarmaşıq fəsiləsindən ot bitkisi.
Vegetativ yolla yaxşı çoxalır. Az qulluq tələb edən bitkidir. Vətəni Meksika və Mərkəzi Amerikadır. Subtropiklərdə birillik bitki kimi becərilir. Kök yumrularının kimyəvi tərkibi kartofa yaxındır: 24-28% nişasta və şəkər vardır. Yumruları çiy və bişmiş halda yeyilir. Azərbaycanın bəzi bölgələrində “yer alması” adlandırılır.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti