Siyasi hadisələri və problemləri, politologiyaya aid məsələləri işıqlandıran, araşdıran geniş jurnalistika sahəsi.
S.J. məsələnin mahiyyətindən asılı olaraq idmandan, musiqidən tutmuş beynəlxalq münasibətlərə qədər həyatın bütün sahələrini, bütün jurnalistika janrlarını əhatə edə bilər. Media işçilərindən xüsusi bilik və bacarıqlar tələb edən S.J. bir çox ali məktəblərdə ayrıca kurs şəklində tədris olunur; siyasət şöbələri, xəbər xidmətləri ilə yanaşı, redaksiyaların strukturunda əsas yer tutur. S.J. həm də politologiyanın bir qolu sayılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti