Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

siyasiləşmə

Siyasətin həyatın digər sahə­lərinə həddən artıq nüfuz etməsi, istənilən ictimai əhəmiyyətli hadisəyə, fakta siyasi çalar və ya izah verilməsi.

«Kütləvi informasiya vasitəsinin S.-si» dedikdə onun va­hid bir siyasi qüvvəyə, yaxud ideolo­gi­yaya bağlılığı, bütün hadisələrə və prob­lemlərə baxışda həmin qüvvənin mövqeyindən, eyni ideologiyadan çıxış etməsi, siyasi qərəzlilik göstərməsi nəzərdə tutulur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti