Çay dərəsinin çayın bolsulu dövrləri və daşqınlar vaxtı su basan hissələrində yerləşən torpaqlar.
Bu torpaqlar zəngin allüvial çöküntülərə, laylı humus qatına malik olur. Torpaqəmələgəlmə prosesindən asılı olaraq onlar çimli, çəmən və bataqlıq torpaqlarına ayrılır. S.T. çox münbitdir, təbii halda ot bitkiləri ilə örtülür. Belə torpaqlardan, adətən, bostan-tərəvəz bitkilərinin becərilməsi üçün istifadə edilir. S.T. böyük düzənlik çaylarının dərəsində daha geniş əraziləri tutur, bəzən on kilometrlərlə eni olan zolaqlar təşkil edir.
Coğrafiya terminləri lüğəti