1. Vəcd, şövq, cuşa gəlmə, coşqunluq.
2. Qalmaqal, hay-küy, gurultu.
Gətirdi kəlamı cümlə cahana,
Qırxları göstərdi əhli-ürfana.
Peyğəmbər xitabın gətdi dəhana,
Həbibin söhbətin şur eylədi şah.
(“Qurbani”)
Bir şur salaq bu cahana,
Meydan boyansın al qana,
Səfər eyləyək hər yana,
Xoş gəldiniz, dəlilərim!..
(“Koroğlunun qocalığı”)
Həmçinin bax:
Azərbaycan dastanlarının leksikası