Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

şur fars

1. Vəcd, şövq, cuşa gəlmə, coşqunluq.

2. Qalmaqal, hay-küy, gurultu.

Gətirdi kəlamı cümlə cahana,

Qırxları göstərdi əhli-ürfana.

Peyğəmbər xitabın gətdi dəhana,

Həbibin söhbətin şur eylədi şah.

                                             (“Qurbani”)

Bir şur salaq bu cahana,

Meydan boyansın al qana,

Səfər eyləyək hər yana,

Xoş gəldiniz, dəlilərim!..

                 (“Koroğlunun qocalığı”) 

See also:

Azərbaycan dastanlarının leksikası