Süxur kütləsinin ağırlıq qüvvəsinin təsiri altında kütlə halında yamacboyu aşağıya doğru yerdəyişməsi.
S. ən çox sukeçirməyən və sukeçirən layların növbələşməsi ilə səciyyələnən yamaclarda, çayların, göllərin, dənizlərin, süni sututarların maili sahillərində baş verir. Azərbaycanda Girdiman, Ağsu çayları dərəsində (İsmayıllı, Şabran, Xızı və s. rayonlarda) S.-lər daha çox müşahidə olunur.
Coğrafiya terminləri lüğəti