yun. talanton – ilkin mənası: çəki, tərəzi
Qədim dövrdə Yunanıstan, Misir, Babilistan, İran və Kiçik Asiyada geniş yayılmış ən böyük çəki və pul-hesab vahidi.
Qədim Yunanıstanda T. 60 minaya bölünüb (1 mina = 100 draxma). E.ə. 594-cü ildə Solonun islahatı ilə çəkisi 26,2 kq gümüşə bərabər olan (Makedoniyalı İsgəndər dönəmində 25,9 kq) Kiçik Attika T.-ı tətbiq edilib və geniş populyarlıq qazanıb. Eqin T.-ı 37 kq təşkil edib. Babilistan-Assuriya ölçü sistemində isə T. 30,3 kq-a bərabər olub.
Tarix terminləri lüğəti