1. Geniş mənada: tarix elmlərinin tarixini öyrənən xüsusi fənn.
T. tarixi tədqiqatların problematikasının dəyişməsini, bu elmlər kompleksinin nəzəri və metodoloji prinsiplərinin təkamül prosesini, ayrı-ayrı tarixi konsepsiyaların xüsusiyyətlərini, tarixi qaynaqların istifadəsi və təhlili metodlarını araşdırır. T.-ın baniləri Miletli Hekatey (e.ə. 550–490) və Herodot (təqr. e.ə. 494–425) sayılırlar.
2. Məhdud mənada: müəyyən mövzuya, tarixi dövrə (məs.: səlib yürüşləri dövrü T.-ı) həsr olunmuş tədqiqatların məcmusu, yaxud ideoloji, dil və ya milli baxımdan daxili vəhdət təşkil edən tarixi əsərlərin (məs.: marksist T., ingilisdilli T., fransız T.-ı) toplusu.
Tarix terminləri lüğəti