Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

Təbaşir sistemi

yun. systema – hissələrdən ibarət bütöv

Mezozoy erasının dağ süxurlarına aid üçüncü – ən üst süxur sistemi.

Bu sistemə daxil olan çökmə süxurlar YuraPaleogen sistemlərinin arasında yerləşir. Onlar onurğasız dəniz heyvanlarının çöküntülərindən yaranmış təbaşirlə zəngindir. T.S.-ni ilk dəfə 1822-ci ildə Belçika geoloqu Jan-Batist Omalius d’Allua Paris yaxınlığında ayırıb. T.S. iki şöbəyə bölünür: alt və üst. Alt şöbə 6, üst şöbə isə 7 mərtəbədən ibarətdir.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti