Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tәmsilat

XIX əsr Azərbaycan ədəbiyyatında, əsasən, kome­diyalardan ibarət olan külliyyat, kitab.

Azәrbaycan dra­maturgiyasının banisi M.F. Axundzadənin 1859-cu ildә Tiflisdə çapdan çıxmış kitabı təmsilat (“Təmsilati-kapitan Mirzə Fətəli Axundzadə”) adlanırdı. Bura müәllifin altı komediyası vә “Al­danmış kәvakib” povesti daxil idi. Bu termin kökü, mәnşәyi cәhәtdәn “tәmsil” sözü ilә әlaqәdar olsa da, Axundzadə onu “komediyalar” mәnasında işlәdib. N.Vәzirovun ilk kitab­la­rından biri dә “Tәmsilat” adı ilә çap olunmuşdur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti