XIX əsr Azərbaycan ədəbiyyatında, əsasən, komediyalardan ibarət olan külliyyat, kitab.
Azәrbaycan dramaturgiyasının banisi M.F. Axundzadənin 1859-cu ildә Tiflisdə çapdan çıxmış kitabı təmsilat (“Təmsilati-kapitan Mirzə Fətəli Axundzadə”) adlanırdı. Bura müәllifin altı komediyası vә “Aldanmış kәvakib” povesti daxil idi. Bu termin kökü, mәnşәyi cәhәtdәn “tәmsil” sözü ilә әlaqәdar olsa da, Axundzadə onu “komediyalar” mәnasında işlәdib. N.Vәzirovun ilk kitablarından biri dә “Tәmsilat” adı ilә çap olunmuşdur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti