Oğuz tayfalarının köçəri həyat sürən bir hissəsi, azərbaycanlıların etnogenezində iştirak etmiş türk tayfası.
Öncə Sırdəryanın sağ sahilində yaşayan və ərəb istilalarından sonra “türkmən” adlandırılan bu tayfa XI əsrdən başlayaraq İran, Cənubi Qafqaz, Kiçik Asiya və Mesopotamiyaya yayılıb (T. ərəbcə “türkmən” sözünün cəmidir). Azərbaycanda T. Kür-Araz ovalığı, Mil-Qarabağ, Muğan və Şirvan düzlərində məskunlaşıblar. Əsas məşğuliyyəti maldarlıq olan T.-in bir qismi əkinçiliklə də məşğul olub.
Tarix terminləri lüğəti