ər. – dayandırma, fasilə vermə
İşəgötürəndən (sahibkardan) müəyyən güzəştlər əldə etmək məqsədilə işin kütləvi şəkildə dayandırılması.
T.-lərin əməkhaqqının artırılması, iş gününün qısaldılması, əmək şəraitinin yaxşılaşdırılması və bu kimi hədəfləri ola bilər. Onlar daha çox iqtisadi xarakter daşıyır, lakin siyasi T.-lərə də rast gəlinir. Sonuncular, bir qayda olaraq, ümummilli xarakter kəsb edir və müəyyən siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə təşkil olunur.
Tarix terminləri lüğəti