qədim yunan dəniz ilahəsi Fetidanın (Thetis) adından
Paleozoy, Mezozoy eraları və Kaynozoyun Paleogen dövründə mövcud olmuş, Lavrasiya və Hondvana materiklərini ayıran nəhəng okean.
Güman edilir ki, T. bir sıra dərin və dayaz geosinklinal hövzələrdən ibarət olub. Aralıq, Qara, Azov, Aral və Xəzər dənizləri, habelə İran körfəzi T.-in qalıqları sayılır. T. terminini 1893-cü ildə avstriyalı geoloq Eduard Züss təklif edib.
Coğrafiya terminləri lüğəti