lat. triangulum – üçbucaq
Yer üzərində istinad nöqtələrinin vəziyyətini, meridian və paralel qövslərinin uzunluğunu və eləcə də Yerin formasını və ölçülərini təyin etmək üçün istifadə olunan üsul.
Bu üsulun əsasını ərazinin planı üzərində bir-birinə söykənən üçbucaqlar şəklində şəbəkənin qurulması və hər üçbucağın seçilmiş koordinat sistemində düzgün vəziyyətinin müəyyənləşdirilməsi təşkil edir. T. üsulu ilk dəfə e.ə. VI əsrdə yunan alimi Miletli Fales tərəfindən təklif edilib.
Coğrafiya terminləri lüğəti