lat. tribunal – divanxana
1. Qədim Romada mühüm vəzifəli şəxslərin – konsulların, pretorların xidməti vəzifələrini yerinə yetirərkən oturduqları hündür yer, təpə.
2. XVIII əsrin sonunda Böyük Fransa inqilabı dövründə siyasi cinayət işlərinə baxan xüsusi məhkəmə.
3. Sovet rejiminin ilk illərində fəaliyyət göstərmiş fövqəladə məhkəmə (inqilabi T.-lar).
Kommunist rejiminin əleyhdarlarına qarşı qırmızı terrorun həyata keçirilməsində belə T.-lar mühüm rol oynayıb.
4. Bir sıra ingilisdilli və romandilli ölkələrin konstitusiya hüququnda “məhkəmə” termininin sinonimi.
Adətən, məhdud səlahiyyətlərə malik və ya aşağı instansiya məhkəmələri T. adlandırılır.
5. Bəzi ölkələrdə, o cümlədən Azərbaycanda hərbi qulluqçuların cinayət işlərinə baxan məhkəmə.
6. Xüsusilə təhlükəli cinayətlərdə ittiham olunan fiziki şəxslər və dövlətləri mühakimə etmək üçün təsis olunan beynəlxalq məhkəmə; məs.: Nürnberq prosesini aparan Beynəlxalq Hərbi T., keçmiş Yuqoslaviya üzrə Beynəlxalq T. və s.
Tarix terminləri lüğəti