Reklam
Reklam

Tarix terminləri lüğəti

trotskizm

Əsası rusiyalı inqilabçı Lev Trotski (1878–1940) tərəfindən qoyulmuş nəzəriyyə, solçu ideoloji-siyasi cərəyan; marksizmin formalarından biri.

T.-in əsas müddəaları L.Trotskinin “Keçid proqramı” (1938) əsərində öz əksini tapıb. Stalinizmi və SSRİ-də bərqərar olmuş siyasi rejimi sərt tənqid atəşinə tutan T. dünya inqilabı baş vermədən ayrıca götürülmüş bir ölkədə sosializm quruculuğunun mümkünlüyünü inkar edib. Dünya inqilabını həyata keçirmək məqsədilə Trotski bütün ölkələrdə yeni tipli fəhlə partiyalarının və həmkarlar təşkilatlarının yaradılması təklifini irəli sürüb. Bir sıra ölkələrdə (xüsusilə Latın Amerikasında) T. müəyyən nüfuz qazansa da, həmin planı gerçəkləşdirmək mümkün olmayıb.

Tarix terminləri lüğəti