Qədim yunan əfsanəsinə görə, Troyanın süqutuna səbəb olmuş nəhəng taxta at fiquru.
Troyanı almaqda çətinlik çəkən yunanlar onu hiylə yolu ilə ələ keçirmək qərarına gəliblər və içərisində seçmə döyüşçülər gizlənmiş nəhəng taxta atı şəhərin divarları qarşısına qoyaraq gediblər. Yunanların hiyləsindən xəbərsiz troyalılar atı şəhərə gətiriblər. Gecə atın içindən çıxan döyüşçülər qala qapılarını açıblar və qoşunu şəhərə buraxıblar. Beləliklə, Troya yunanlar tərəfindən işğal edilib. Həmin əhvalat Homerin “Odisseya” əsərində ətraflı təsvir olunub. Hazırda T.A. termini “hiyləgər, birinin etimadını qazanıb sonra aldadan” anlamında işlədilir.
Tarix terminləri lüğəti