Almaniya, Avstriya-Macarıstan və İtaliyanın 1879–1882-ci illlərdə hərbi-siyasi bloku.
Ü.İ.-nın yaranması Avropada iri hərbi blokların formalaşması prosesinin başlanğıcını qoyub. Bu isə sonda I Dünya müharibəsi ilə (1914–1918) nəticələnib. Ü.İ.-nın başlıca təşəbbüsçüsü olan Almaniya 1879-cu ildə Avstriya-Macarıstanla hərbi ittifaq bağlayıb. 1882-ci il mayın 20-də isə Almaniya, Avstriya-Macarıstan və İtaliya arasında gizli saziş imzalanıb. Ü.İ.-na cavab olaraq Rusiya, Fransa və Böyük Britaniya Antantanı yaradıblar.
Tarix terminləri lüğəti