Reklam
Reklam

Tarix terminləri lüğəti

üçüncü yol

İfrat sol və sağ meyillərdən qaçmağa çalışan mərkəzçi siyasi qüvvələrin mövqeyini ifadə etmək üçün işlədilən termin.

Ü.Y. axtarışları, bir qayda olaraq, sosial-demokrat və liberal görüşlü siyasətçilər üçün xarakterik olub. ABŞ-ın 42-ci prezidenti Bill Klinton Ü.Y. ideologiyasının tərəfdarlarına və onun praktikada tətbiqinə çalışanlara misal ola bilər. 1992-ci ildən başlayaraq Klinton administrasiyasının gerçəkləşdirdiyi daxili siyasət kursu məhz “Ü.Y. siyasəti” adlandırılıb. Əhalinin sosial təminatına xüsusi qayğı, səhiyyə və təhsilin inkişafına yönəlmiş addımlar bu siyasətin ən səciyyəvi cəhətləri olub. Klintonun Ü.Y. siyasətində ABŞ-ın 32-ci prezidenti F.Ruzveltin “Yeni xətt siyasəti”nin və 1960-cı illər liberalizminin təcrübəsi öz əksini tapıb.

Tarix terminləri lüğəti