ital. valuta < lat. valeo – dəyər
1. Dövlətin pul sisteminin əsasını təşkil edən pul vahidi; məs.: ABŞ-da dollar, Türkiyədə lirə, Azərbaycanda manat və s.
2. Dövlətin pul sisteminin tipi (qızıl, gümüş, kağız pul və s.).
3. Tədavül vasitəsi kimi istifadə olunan hər şey (bank biletləri, veksel, çek və s.).
Tarix terminləri lüğəti