Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

varvarizm

yun. barbaros – yadelli

Bir dilə başqa dildən keçmiş, onun nor­ma­larına ­uy­ğun gəlməyən və buna görə is­ti­fadəsi yol­verilməz hesab edilən nitq his­sələri.

V.-lər təkcə söz və ifadələrdən ibarət olmur, onlar söz elementləri (mə­sələn, sonluğa başqa dilin şəkilçisini artır­maqla), yaxud tələffüz forması (sözün vurğusunu, bəzi səsləri xarici dilə uyğun də­yişməklə) vasitəsilə də ya­ra­dılır. V.-ləri dilin özündə mövcud olan ifa­dələrlə asanlıqla əvəz etmək mümkündür. V.-lərdən ədə­biy­yatda, jurnalistikada yalnız xüsusi kolorit, yaxud komik effekt yaratmaq məqsədilə və ya müəyyən tarixi dövrün dilini xarak­terizə etmək üçün istifadə oluna bilər.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti