Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

vəzifəli şəxs

Daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət nü­mayəndəsi funksiyalarını həyata keçirən şəxs.

Sərəncam vermək və ya icrası məc­buri olan qərarlar qəbul etmək səlahiy­yət­lərinə malik dövlət qulluqçuları, bələdiyyə üzvləri və qulluqçuları, hərbi qulluqçular bu kateqoriyaya aid edilirlər. Azərbaycan qanunvericiliyinə görə, dövlət və bələdiyyə qurumlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, sahib­karlıq fəaliyyəti ilə məşğul olan şəxslər də hüquqi əhəmiyyət kəsb edən hərəkətlər törətdikdə V.Ş. hesab olunurlar. «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun əsasında Cinayət Məcəlləsinə edilmiş də­yişikliklər isə müəyyən cinayətlər baş verən hallarda bu dairəni bir qədər də geniş­lən­dirir: dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qeydə alınmış şəxslər; andlı iclasçılar; xarici ölkələrin, beynəlxalq təşki­latların V.Ş.-ləri, seçkili or­qanların üzvləri; beynəlxalq məhkəmələrin hakimləri və s.

Jurnalistika terminləri lüğəti