Daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən şəxs.
Sərəncam vermək və ya icrası məcburi olan qərarlar qəbul etmək səlahiyyətlərinə malik dövlət qulluqçuları, bələdiyyə üzvləri və qulluqçuları, hərbi qulluqçular bu kateqoriyaya aid edilirlər. Azərbaycan qanunvericiliyinə görə, dövlət və bələdiyyə qurumlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də hüquqi əhəmiyyət kəsb edən hərəkətlər törətdikdə V.Ş. hesab olunurlar. «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun əsasında Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər isə müəyyən cinayətlər baş verən hallarda bu dairəni bir qədər də genişləndirir: dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qeydə alınmış şəxslər; andlı iclasçılar; xarici ölkələrin, beynəlxalq təşkilatların V.Ş.-ləri, seçkili orqanların üzvləri; beynəlxalq məhkəmələrin hakimləri və s.
Jurnalistika terminləri lüğəti