Reklam
Reklam

Tarix terminləri lüğəti

xerusklar

lat. Cherusci

Qədim german tayfası.

X. barədə ilk məlumatlara e.ə. I əsrə aid mənbələrdə rast gəlinir. Onlar Hars dağlarından şimalda, Vezer və Elba çayları arasında yaşayıblar. Eramızın 4-cü ilində X. romalılara tabe olublar, eramızın 9-cu ilində isə Armininin başçılığı altında romalılara qarşı üsyan qaldırıblar. 21-ci ildə Armini öldürüldükdən sonra üsyan yatırılıb və X. arasında daxili ziddiyyətlər dərinləşib. Nəticədə onlar digər german tayfası xattlar tərəfindən fəth olunublar. IV əsrdə X.-ın qalan hissəsi saksların tərkibinə daxil olub.

Tarix terminləri lüğəti