Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

xromakey

ing. chroma key – hərfi mə­na­da: rəng açarı

İki və daha artıq kadrın, təs­virin bir kompozisiyada birləşdirilməsi te­xno­logiyası, həmçinin bu texnologiya ilə işlə­yən avadanlıq.

X.-dən televiziyada və kino çəkilişində istifadə olunur. Kamera qarşısındakı obyekt (şəxs) birrəngli fonda yerləşdirilir, çəkiliş, yaxud montaj zamanı fonun əvəzinə başqa təsvir verilir və kompozisiya tamamlanır, tamaşaçı kadrda fərq­li məkan görür. X.-dən məhz əyanilik və fərqli məkan təsəvvürü yaratmaq məq­sədilə istifadə olunur. Televiziyada, adətən, ob­yek­tin önündə dayandığı fonun – ek­ranın özünə də X. deyilir. Fon üçün daha çox göy və ya yaşıl rənglərdən istifadə ­olu­­­nur, çünki bu rənglər insan dərisində ­yox­­­dur və geyim elementlərində onlara nis­bətən az rast gə­linir. Lakin faktik olaraq X. üçün istənilən rəng seçmək müm­kün­dür.

Jurnalistika terminləri lüğəti