ing. chroma key – hərfi mənada: rəng açarı
İki və daha artıq kadrın, təsvirin bir kompozisiyada birləşdirilməsi texnologiyası, həmçinin bu texnologiya ilə işləyən avadanlıq.
X.-dən televiziyada və kino çəkilişində istifadə olunur. Kamera qarşısındakı obyekt (şəxs) birrəngli fonda yerləşdirilir, çəkiliş, yaxud montaj zamanı fonun əvəzinə başqa təsvir verilir və kompozisiya tamamlanır, tamaşaçı kadrda fərqli məkan görür. X.-dən məhz əyanilik və fərqli məkan təsəvvürü yaratmaq məqsədilə istifadə olunur. Televiziyada, adətən, obyektin önündə dayandığı fonun – ekranın özünə də X. deyilir. Fon üçün daha çox göy və ya yaşıl rənglərdən istifadə olunur, çünki bu rənglər insan dərisində yoxdur və geyim elementlərində onlara nisbətən az rast gəlinir. Lakin faktik olaraq X. üçün istənilən rəng seçmək mümkündür.
Jurnalistika terminləri lüğəti