İslam dinində cümə və bayram namazlarında imam tərəfindən minbərdə oxunan dua və verilən öyüd.
X.-ni oxuyan ruhani xətib adlanıb. Quran ayələrindən və peyğəmbərin həyatından bəhs edən ibrətamiz hadisə və rəvayətlərdən ibarət olan X. Allahın və peyğəmbərin tərifi ilə başlayır. X.-də həmçinin mövcud hökmdarın adı çəkilir, xətibin və onun təmsil etdiyi dini icmanın siyasi mövqeyi öz əksini tapır. Belə ki, əgər X.-də hökmdarın adı çəkilmirsə, bu onun tanınmaması anlamına gəlir. Müasir müsəlman ölkələrində X.-nin mətni qabaqcadan hökumətlə razılaşdırılır.
Tarix terminləri lüğəti