Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

yağlı bitkilər

Kənd təsərrüfatı məhsulları istehsalını, sənayenin bir sıra sahələrini xammalla təchiz edən, yağ almaq məqsədilə becərilən bitkilər.

Buraya müxtəlif fəsillərə mənsub birillik və çoxillik bitkilər daxildir (günəbaxan, soya, yerfındığı, zeytun və s.). Bərk yağ verən (palmalar, kakao, mum ağacı və s.) və maye yağ verən (zeytun, tunq, bəzi ot bitkiləri) Y.B. var. Yağ-piy sənayesi üçün xammal Y.B.-dən başqa, bəzi lifli (pambıq, kətan, kənaf), efiryağlı (keşniş, cirə, zirə), dənli (qarğıdalı) və s. bitkilərdən də alınır.

Coğrafiya terminləri lüğəti