Reklam
Reklam

Tarix terminləri lüğəti

yam

türkcə

Orta əsrlərdə monqol işğalına məruz qalmış ölkələrdə, o cümlədən Azərbaycanda nəqliyyat və rabitə (poçt) məntəqəsi.

Y. ilk dəfə Qızıl Ordada təsis olunub və dövlətin ucqar əraziləri ilə əlaqəni təmin etmək məqsədi daşıyıb. Elçi, səfir, vergi toplayan və başqa məmurların bir məntəqədən digərinə gedib-gəlməsini təmin etmək üçün yollarda hər 3-4 fərsəx məsafədə xüsusi dayanacaq məntəqələri inşa edilib. Həmin dayanacaqlar Y., onlara başçılıq edənlər isə yamçı adlanıb.

Tarix terminləri lüğəti